İnsanlara hürriyət, millətlərə istiqlal!

İranda FÖVQƏLADƏ hazırlıq: Şəriətçilərlə texnokratlar BİRLƏŞDİ – Detallar

867 19.01.2026 14:35 Gündəm A A

“Ölkəmizin ali rəhbərinə qarşı sui-qəsd cəhdi İran xalqına qarşı tammiqyaslı müharibə elan edilməsinə bərabərdir”.

Bunu İran prezidenti Məsud Pezeşkian özünün "X" hesabında yazıb.

Onun sözlərinə görə, əgər İran xalqı çətin vəziyyətlə üzləşirsə, bunun əsas səbəblərindən biri ABŞ hökumətinin və müttəfiqlərinin uzun müddətdir davam edən düşmənçiliyi və qeyri-insani sanksiyalarıdır. Ondan bir gün əvvəl isə ali dini lider Seyid Əli Xameneyi ölkə prezidenti Məsud Pezeşkiana açıq dəstək bəyanatı verib. O, prezidentə və digər vəzifəli şəxslərin ünvanına indiki vacib beynəlxalq və daxili kontekstdə təhqirləri qəti qadağan etdiyini bəyan edib. Bu, ilk belə açıqlama və xəbərdarlıqdır.

İranda molla rejiminin soydaşlarımıza qarşı QƏTLİAM PLANI - "İki sahil"

Bəs niyə indi? Xameneyi nədən Pezeşkianı müdafiə eləmək zərurəti hiss edib?

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, İranda dekabrın sonunda başlamış və faktiki olaraq bu günə kimi davam edən proseslər ölkə prezidenti Məsud Pezeşkiana rəğbətin olduğunu göstərdi: “Hadisələr ondan xəbər verir ki, İran xalqının bir kəsimi molla rejimini devirib yerinə şah rejimini gətirmək istəyirsə, əhalinin ümumilikdə çoxluğu buna hazır deyil, bunu istəmir. Bəlli oldu ki, böyük hesabla molla rejimini də, şah rejimini istəmir. Amma xalqın seçdiyi prezidentə rəğbət var. Görünür ki, ali dini rəhbər həm də bu gerçəyi başa düşdüyü üçün öz mövqelərini möhkəmləndirmək üçün Məsud Pezeşkianı müdafiə etdiyini bəyan edir. Ali dini lider bu yolla həm də xalqın qəzəbindən müvəqqəti də olsa sığortalana biləcəyini düşünür”.

Azər Həsrət bu dəfə sərt danışdı: "Prezidentliyə namizədlik uşaq oyuncağı  deyil" - MÜSAHİBƏ

Onun fikrincə, Xameneyinin Pezeşkianı müdafiə edən bəyanatından bir gün sonra prezidentin də ona dəstək çıxışı qarşılıqlı jestdir:

“Eyni zamanda, bu bəyanatlar onu da ortaya çıxarır ki, etirazlar, xüsusilə də xaricdən müdaxilələr İran hakimiyyətindəki teokratlarla və texnokratları birləşdirib. İndiki şəraitdə Xameneyi başa düşür ki, onun özünü də xilas edə biləcək şəxs Pezeşkiandır”.

Etibar Seyidağa
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR