İnsanlara hürriyət, millətlərə istiqlal!

“İranın qələbəsi…” – Zəngəzur TƏHDİDİNƏ REAKSİYA

5413 17.04.2026 15:02 Gündəm A A

“İranın ABŞ-İsrail qarşıdurmasında qələbə qazanması Türkiyənin Azərbaycanla saxta Zəngəzur dəhlizi vasitəsilə birləşmək planını qeyri-mümkün edəcək”.

Musavat.com axar.az-a istinadla xəbər verir ki, bu avantürist və populist hədəni ermənipərəst mövqeyi ilə tanınan iranlı ekspert Ehsan Müvəhhedian səsləndirib.

Onun sözlərinə görə, İranın üstünlük əldə etməsi təkcə Cənubi Qafqazda deyil, ümumilikdə Avrasiya məkanında güc balansını dəyişərək yeni geosiyasi arxitekturanın formalaşmasına səbəb olacaq.

Zəngəzur dəhlizi ilə bağlı YENİ MƏQAMLAR: “İran nə qədər dirənsə də…” |  KONKRET

Son həftələr eyniməzmunlu bəyanatlar və ya proqnozlar tez-tez eşidilir. Bundan bir qədər əvvəl isə Rusiya baş nazirinin müavini Aleksey Overçuk “Tramp marşrutu”nu (TRIPP) Mərkəzi Asiyadan kritik minerallar daşımaq üçün “qaçaqmal yolu” kimi təqdim etmişdi. Həmçinin erməni və rusiyalı bəzi təhlilçilər də inanmağa başlayıblar ki, Yaxın Şərqdə 40 günlük müharibənin nəticələri Zəngəzur dəhlizinin açılmasını əngəlləyəcək. Bunu da İranın ABŞ-İsrail qüvvələri ilə müharibədən məğlub çıxmaması ilə izah edirlər. Halbuki İranda siyasi sistem laxladılıb, idarəetmədə söz sahibi olan mühüm şəxslər öldürülüb, ölkə daha zəif fiqurlar tərəfindən idarə olunur.

Bundan başqa, Rusiya da bu layihədə iştirak edəcək. Bakı-Moskva münasibətlərində yeni dövrün başlanması da göstərir ki, təkcə Şimal-Cənub dəhlizi deyil, elə Zəngəzur logistikasından da Rusiya yararlana bilər. İrana gəlincə, Azərbaycanla Araz dəhlizi də mövcuddur. Üstəlik, ABŞ Azərbaycan və Ermənistanla bu layihəyə dair təmasları, müzakirələri intensivləşdirib.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan TRİPP-lə bağlı mühüm hadisələr olacağını anons edib. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də aprelin 17-də Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda panel sessiyada çıxışı zamanı bildirib ki, Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq çərçivəsində fərqli modellər hazırlayırıq, eyni zamanda, Zəngəzur dəhlizi layihəmiz vasitəsilə Mərkəzi Asiya ilə də əlaqə təmin ediləcək.

Elşad Musayev İlham Əliyevi təbrik etdi Yeni Sabah

Deputat Elşad Musayev Musavat.com-a açıqlamasında İranın Zəngəzur dəhlizinin işə düşməsinə mane olacağını gözləmədiyini bildirib. Onun sözlərinə görə, SEPAH təzyiqlərə başlaya bilər, lakin nəticəsi olmayacaq.

Deputatın fikrincə, Zəngəzur dəhlizi Orta dəhlizin bir hissəsidir və qlobal mahiyyəti var: “İran isə bu beynəlxalq marşrut xəttinin qarşısını ala bilməz. Sadəcə, arabir blef dolu mesajların olacağı gözləniləndir. Hazırda İranın başı özünə qarışıb və müharibədən sonra toparlanması vaxt tələb edəcək. Tehran sanksiyalar altındadır, ABŞ təzyiqləri hərtərəfli gücləndirib, ölkənin hərbi potensialı ağır zərbələr alıb, siyasi düşərgədə vəziyyət qeyri-müəyyəndir və belə bir şəraitdə Zəngəzur layihəsinə əngəl olması real görünmür”.

E.Musayev bildirib ki, Ermənistana təzyiqlər istisna deyil, amma Paşinyan hakimiyyətinə Qərbdən himayə var.

Emil Salamoğlu
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR