İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın sirli arsenalı üzə çıxdı: Nüvə silahına ehtiyac yoxdur?

2659 22.03.2026 02:20 Dünya A A

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) regionda gərginliyi artıran və diqqət çəkən açıqlama verib.

Musavat.com-un məlumatına görə, SEPAH bildirib ki, İranın nüvə silahına ehtiyacı yoxdur, çünki ölkənin arsenalında daha ağır və ölümcül təsir gücünə malik alternativ silahlar mövcuddur. Onun sözlərinə görə, bu silahlar regionda qüvvələr balansını ciddi şəkildə dəyişə biləcək potensiala sahibdir.

Açıqlamada xüsusilə elektromaqnit (EMP) təsirli raketlərə diqqət çəkilib. İddia olunub ki, bu tip silahlar 200 kilometr radiusda bütün elektron sistemləri sıradan çıxarmaq gücünə malikdir və geniş əraziləri texnoloji baxımdan iflic vəziyyətinə sala bilər.

SEPAH həmçinin vurğulayıb ki, İranın nüvə obyektlərinə qarşı mümkün hücumlar cavabsız qalmayacaq və belə bir ssenaridə İsrailin strateji hədəfləri, o cümlədən Dimona nüvə obyekti birbaşa risk altına düşə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR