Musavat.com xəbər verir ki, Ukrayna mediasının yaydığı məlumata görə, Rusiya hərbi sənayesindən sızan sənədlər İranın Rusiyadan 16 ədəd Su-35 qırıcı təyyarəsi sifariş etdiyini göstərir. Məlumat OAK, Komsomolsk-na-Amure Aviasiya Zavodu (KnAAZ), NPP “Zvezda” və “Yakovlev” korporasiyasına aid sənədlərə əsaslanır.
Sızan sənədlərdə sifarişin bir sıra mühüm detalları yer alır. Bildirilir ki, bütün sənədlərdə sifarişçi “K10” kod adı ilə göstərilib, lakin sənədlərdən birində bu kodun məhz İranı ifadə etdiyi açıq şəkildə yazılıb. Maliyyə ödənişlərinin 2024-cü ilin mart, iyul və dekabr aylarında tam şəkildə həyata keçirildiyi qeyd olunub.
Sifarişin icra müddəti 2025–2027-ci illər üçün planlaşdırılıb. Köhnə sənəddə bəzi təyyarələrə aid ehtiyat hissələrinin ilin əvvəlində artıq göndərilməli olduğu, bir qisminin isə təslimata hazır vəziyyətə gətirildiyi göstərilir.
Musavat.com






