İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın vitse-prezidenti qəzada hər iki övladını da itirdi

4058 05.12.2025 04:09 Dünya A A

Musavat.com xəbər verir ki, İranın vitse-prezidenti İsmail Səqqab İsfahaninin noyabrın 30-da Gərmsar–Tehran magistral yolunda baş verən ağır avtoqəzada yaralanan övladları da dünyasını dəyişib.

“Azad İran” Telegram kanalının məlumatına görə, İsfahani bu xəbəri öz “X” sosial şəbəkə hesabında təsdiqləyib. Qəza nəticəsində ağır yaralanan və beyin ölümü diaqnozu qoyulan qızı Hüsna və oğlu Sübhan xəstəxanada vəfat ediblər.

Xatırladaq ki, vitse-prezidentin həyat yoldaşı da həmin qəza yerində həlak olmuşdu. Hadisə ölkədə böyük kədərlə qarşılanıb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR