İnsanlara hürriyət, millətlərə istiqlal!

İranlı “Handala” qrupundan növbəti iddia: İsrail baş nazirinin aparat rəhbərinin telefonu sındırılıb?  

328 28.12.2025 13:10 Dünya A A

İranla əlaqələndirilən “Handala” adlı haker qrupu İsrailin baş nazirinin kanselyariyasının rəhbəri Tsaxi Bravermanın mobil telefonunu ələ keçirdiyini iddia edib.

Musavat.com xəbər verir ki, qrup bundan əvvəl də İsrailin hazırkı baş naziri Benyamin Netanyahunun, eləcə də keçmiş hökumət başçısı Naftali Bennetin telefonlarının sındırıldığını açıqlamışdı.

Bir neçə gün öncə hakerlər Naftali Bennetin telefonundan əldə edildiyi iddia olunan iri həcmli məlumat paketini açıq şəkildə yayımlamışdılar. Bu paylaşım İsraildə ciddi rezonans doğurmuş, təhlükəsizlik qurumlarında əlavə yoxlamalara səbəb olmuşdu.

İsrail mediası baş nazirin kanselyariyasındakı mənbələrə istinadən bildirir ki, hazırda Tsaxi Bravermanın telefonunun sındırılmasına dair təsdiqlənmiş hər hansı fakt yoxdur. Bununla belə, məsələ ilə bağlı texniki və təhlükəsizlik yoxlamaları davam etdirilir.

Rəsmi qurumlar mümkün kiberhücum risklərini istisna etmədiklərini bildirir və nəticələr açıqlanana qədər yekun mövqe bildirməyin tez olduğunu vurğulayırlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR