İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandakı partlayışın təfərrüatları

736 12.01.2026 14:05 Region A A

Yanvarın 9-da İrəvanda baş verən fövqəladə hadisənin təfərrüatları bu gün açıqlanıb.

Musavat.com erməni mediasına istinadən bildirir ki, həmin gün paytaxt küçələrindən birində çoxsaylı xəsarətlər diaqnozu ilə vətəndaş təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Bir saatdan sonra həmin ünvandan daha bir vətəndaş “beyin kəllə-beyin travması və çoxsaylı travmalar” diaqnozu ilə tibb mərkəsinə daxil olub. Xəstəxanaya qəbul edilən şəxslərin 50 yaşlı Armen A. və 63 yaşlı Bayandur A. (Araqotn (Alagöz - red.) bölgəsinin sakinləri) olduğu müəyyən edilib.

Polis Qraçya Köçər küçəsi 228 ünvanında yerləşən yanacaqdoldurma məntəqəsində qaynaq işləri apararkən qaz sayğacının partlaması nəticəsində Armen A. və Bayandur A.-nın xəsarət aldığını müəyyən edib.

Hadisə ilə bağlı Ərəbkir polis idarəsində araşdırmalar aparılır. Başlanan cinayət işi materialları Ermənistan İstintaq Komitəsinə təqdim edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR