Ermənistan–Rusiya münasibətlərində yeni gərginlik yaranıb.
Musavat.com xəbər verir ki, Rusiya səfirliyi rusiyalı teleaparıcı Vladimir Solovyovun açıqlamaları ilə bağlı rəsmi İrəvanın etirazını təsdiqləyib.
Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin verdiyi məlumata görə, Rusiyanın Ermənistandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona rəsmi etiraz notası təqdim edilib. Notanın verilməsinə səbəb rusiyalı aparıcı Vladimir Solovyovun son çıxışlarında səsləndirdiyi fikirlər olub.
Səfirlikdən TASS agentliyinə bildirilib ki, Ermənistan tərəfinin narahatlıqları qəbul edilib və bu mövqe Moskvaya çatdırılacaq. Qeyd edilib ki, səfirə təqdim olunan etiraz notasında Solovyovun bəyanatlarının rəsmi İrəvan tərəfindən qəbuledilməz hesab edildiyi vurğulanır.
Məsələ ilə bağlı bildirilib ki, Ermənistan tərəfinin irad və narahatlıqları Rusiya Xarici İşlər Nazirliyinə ötürüləcək.
Musavat.com






