İnsanlara hürriyət, millətlərə istiqlal!

İslam ölkələri İsrailin planını rədd etdi: BƏYANAT

1974 06.12.2025 08:26 Dünya A A

Ərəb Liqası (LAS) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzv ölkələri Misir və Qəzza zolağı arasındakı sərhəddəki Rəfah keçid məntəqəsinin bir istiqamətdə açılmasına qarşı çıxıblar.

Musavat.com xəbər verir  ki, müvafiq açıqlamanı Misir Xarici İşlər Nazirliyi yayıb:  "İsrail hakimiyyətinin Rəfah keçid məntəqəsinin yalnız bir istiqamətdə açılacağı ilə bağlı açıqlamasından dərin narahatlığımızı bildiririk. Bu addımın məqsədi Qəzzalıları Misirdə məskunlaşdırmaqdır və biz fələstinliləri öz torpaqlarından qovmaq üçün heç bir cəhdi qəbul etmirik".

Ərəb və İslam xarici işlər nazirləri vurğulayıblar ki, onların fikrincə, sərhəd keçid məntəqəsi "ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanmış anklav üçün sülh planının bir hissəsi kimi" Qəzzadan giriş və çıxış üçün açıq olmalıdır.

Bəyanatı Misir, İndoneziya, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri imzalayıblar.

Qeyd edək ki, dekabrın 3-də Fələstin Ərazilərində Hökumət Fəaliyyəti üzrə Koordinasiya Orqanı (COGAT) yaxın günlərdə Rəfah keçid məntəqəsinin anklavdan Misir ərazisinə çıxış üçün açılacağını elan edib. Agentlik əlavə edbi ki, Qəzzalılar üçün çıxış prosesi İsrail yoxlamaları ilə müşayiət olunacaq və Misirlə əlaqələndiriləcək. Avropa Birliyi missiyası prosesi izləyəcək. COGAT qeyd edib ki, oxşar mexanizm 2025-ci ilin yanvar ayında da mövcud idi. Agentliyin açıqlamasında Rəfah keçid məntəqəsinin Misirdən Qəzza zolağına giriş üçün nə vaxt yenidən açıla biləcəyi göstərilməyib.

Qahirə bu məlumatı təkzib edib və sərhəd keçidinin yenidən açılması ilə bağlı razılığa gəlinəcəyi təqdirdə, onun "həm Qəzzadan çıxış, həm də anklava giriş üçün" açılacağını vurğulayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR