İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail daha bir yüksək rütbəli iranlı rəsmini zərərsizləşdirdiyini açıqladı

1296 08.03.2026 20:04 Dünya A A

İsrailin müdafiə naziri İsrael Katz ölkənin ali hərbi rəhbərliyinin iştirakı ilə keçirilən iclasda İran ali liderinin yeni təyin olunmuş hərbi katibinin məhv edildiyi təsdiq edib.

Musavat.com xəbər verir ki, Katz Abu əl-Qasəm Babayanın öldürüldüyünü bildirib. Babayan bir neçə gün əvvəl, əvvəlki hərbi katibin ilk zərbə nəticəsində həlak olmasından sonra təyin edilmişdi.

Katz vurğulayıb ki, bu məlumat İsrail ordusu tərəfindən təqdim olunan yenilənmiş situasiya qiymətləndirmələrinə əsaslanır.

O, İsrail hərbçilərinə çağırış edərək “hamısını ovlamağa davam etmələrini” tələb edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR