İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail “Dəmir şüa” ilə HƏRƏKƏTƏ KEÇİR

1278 01.12.2025 15:39 Dünya A A

İsrail Müdafiə Nazirliyi lazer əsaslı yeni hava hücumundan müdafiə sistemi – “Dəmir şüa” (Iron Beam) layihəsinin inkişaf mərhələsini tamamladığını elan edib. Sistem dekabrın 30-da İsrail ordusuna təhvil veriləcək.

Musavat.com bildirir ki, bu barədə müdafiə tədqiqatları və inkişaf idarəsinin rəhbəri Daniel Qold məlumat verib.

Qoldun sözlərinə görə, “Dəmir şüa” mövcud hava hücumundan müdafiə konsepsiyasını dəyişəcək qədər strateji yenilikdir. Bildirib ki, çoxsaylı sınaqlar sistemin effektivliyini təsdiqləyib və artıq onun qoşunlara çatdırılmasına hazırdır.

Nazirlik gələcək nəsil müdafiə texnologiyaları üzərində də paralel iş apardığını, xüsusən kosmik və robotik sahələrdə yeni imkanlar nəzərdən keçirildiyini açıqlayıb.

“Dəmir şüa”nın əsas funksiyası qısa mənzilli raketlərin, minaatan və artilleriya mərmilərinin lazer şüası ilə məhv edilməsi olacaq. Sistem həmçinin kiçik ölçülü pilotsuz uçan aparatları (PUA) da vura biləcək.

Layihə ilk dəfə 2022-ci ildə İsrailin keçmiş baş naziri Naftali Bennett tərəfindən təqdim olunmuş, o dövrdə müdafiə xəttində “lazer divarı” qurulması konsepsiyası irəli sürülmüşdü. Eyni ildə keçirilən ilkin sınaqlarda kompleks minaatan və tank əleyhinə sursatları uğurla zərərsizləşdirə bilmişdi.

Yeni sistemin gələcəkdə ənənəvi raket-interseptorların bir hissəsini əvəz edə biləcəyi, sürət baxımından daha səmərəli alternativə çevriləcəyi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR