İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İrana qarşı dosye hazırlayır

401 22.12.2025 03:07 Dünya A A

İsrail hakimiyyəti ABŞ prezidenti Donald Trampı İrana qarşı yeni hərbi zərbəni dəstəkləməyə inandırmaq məqsədilə genişmiqyaslı kəşfiyyat dosyesi hazırlayıb.

Musavat.com xəbər verir ki, bu barədə “İsrael Hayom” nəşri məlumat yayıb. Bildirilir ki, dosyedə Tehranın nüvə və ballistik raket proqramlarını bərpa etmək istiqamətində davam edən cəhdləri, eləcə də bölgədəki proksi silahlı qrupları silahlandırmaq səyləri ətraflı şəkildə əks olunub.

Qeyd olunur ki, İsrail tərəfi İranın fəaliyyətlərinin qarşısının alınmaması halında Yaxın Şərqdə yeni eskalasiya risklərinin yarana biləcəyini əsas arqument kimi önə çəkir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR