İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail ordusu əməliyyata BAŞLADI - Kəndlər mühasirəyə alındı

928 13.02.2026 19:56 Dünya A A

İsrail ordusunun mexanikləşdirilmiş kolonu təmizləmə əməliyyatı aparmaq üçün Suriyanın Kuneytra əyalətinin cənub rayonlarına daxil olub.

Musavat.com xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.

Hərbçilərin zirehli texnika ilə Ayn Zeyvan və Cəbətə əl‑Xaşib istiqamətində irəlilədiyi bildirilir. Axtarışlar zamanı radikal qruplarla əlaqədə şübhəli bilinən bir neçə nəfərin saxlanıldığı qeyd olunur.

Kanalın məlumatına əsasən, əməliyyat aparılan ərazilərdə İsrail qüvvələri bir neçə dəfə xəbərdarlıq atəşi açıb. Hazırda itkilər barədə məlumat verilməyib.

Bundan əvvəl, fevralın 12-də İsrail xüsusi təyinatlı dəstəsinin 15 zirehli texnika ilə Kuneytranın cənubundakı Ufaniyə kəndini mühasirəyə aldığı bildirilib. Axtarış əməliyyatı zamanı 3 suriyalının saxlanıldığı qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR