İnsanlara hürriyət, millətlərə istiqlal!

İsraildən XƏBƏRDARLIQ: İran hər ay bu qədər ballistik raket İSTEHSAL EDİR

950 20.02.2026 16:26 Dünya A A

ABŞ-İran nüvə danışıqları davam etdiyi bir vaxtda İranın raket proqramı ilə bağlı yeni dəyərləndirmələr açıqlanıb.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, bununla bağlı İsrailin “Ynet” nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, ABŞ rəsmiləri ilə qapalı məsləhətləşmələr zamanı İsrail hərbi dairələri İranın 2027-ci ilin sonuna qədər ən azı 5000 ballistik raketə sahib ola biləcəyini açıqlayıblar.

Bildirilib ki, son 12 günlük müharibə zamanı həyata keçirilən bir sıra çəkindirici əməliyyatlar olmasaydı, bu rəqəm onilliyin sonuna qədər 8000-ə yaxınlaşa bilərdi.

Qeydə əsasən, İranın hazırkı istehsal sürəti ayda təxminən 100 ballistik raketdir və bu göstəricinin artacağı gözlənilir.

Nəşr yazır ki, Tehran hətta ən müasir raketdən müdafiə sistemlərinin belə genişmiqyaslı və uzunmüddətli hücumları tam şəkildə dəf etməkdə məhdudiyyətləri olduğunu nəzərə alaraq, əsasən miqyas üstünlüyünə arxalanır. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR