İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin hücumlarında "Hizbullah"ın azı 12 üzvü öldürülüb

583 21.02.2026 04:32 Dünya A A

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) Livanın şərq rayonlarına hücumu nəticəsində "Hizbullah" hərəkatının azı 12 üzvü həlak olub.

"Report" xəbər verir ki, bu barədə "Lebanon 24" portalı tibbi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, xəstəxanalara 37 yaralı çatdırılıb.

Bombardmanlara silahlı birləşmələr qərargahı və səhra düşərgəsi məruz qalıb.

Portalın məlumatına görə, həlak olanlar arasında "Hizbullah"ın üç hərbi rəhbəri - Əli Zeyd əl-Musavi, İbrahim əl-Musavi və Hüseyn Yaği də var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR