İnsanlara hürriyət, millətlərə istiqlal!

Kadırovun bacısı oğlunun keçmiş sürücüsü Kremlin yanında penthaus alıb

810 21.02.2026 18:55 Dünya A A

Çeçenistan prezidenti Ramzan Kadırovun bacısı oğlunun keçmiş köməkçisi Ruslan Əlisultanov Sofiyskaya sahilindəki elit kompleksdə Kreml mənzərəsi olan, 1100 kvadratmetrdən çox sahəyə malik penthaus alıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, mənzil "Residence 1864" yaşayış kompleksində yerləşir. Yaşayış evinin şəxsi lifti, iki girişi, terrası və doqquz sanitar qovşağı var. Mənzilin alış qiyməti açıqlanmayıb, lakin eyni kompleksdəki oxşar mənzillər milyardlarla rubla təklif olunub.

"Novaya Gazeta"nın məlumatına görə, evin sahibi Ruslan Əlisultanovdur. O, əvvəllər respublikada yüksək vəzifələr tutan və hazırda "Logika Moloko" (əvvəllər "Danone Russia") şirkətinə rəhbərlik edən Çeçenistan rəhbərinin bacısı oğlu İbrahim (Yaqub) Zakriyevin sürücüsü və köməkçisi kimi çalışıb.

Bu gün Əlisultanov “Logika Moloko” şirkətinin yeganə rəsmi sahibi kimi qeyd olunur. O və Zakriyev əvvəllər Çeçenistan Dövlət Universitetində birlikdə təhsil alıblar. Əlisultanov daha sonra Qroznı meriyasında, respublika və hökumət başçısının administrasiyasında və regional Kənd Təsərrüfatı Nazirliyində Zakriyevin müavini vəzifəsində çalışıb.

Bu arada, penthaus 1,6 milyard rubl tələb olunaraq yenidən satışa çıxarılıb. Mənzil dəyişməz olaraq satılır: alındığı gündən bəri heç bir təmir və ya iş görülməyib.

Maraqlıdır ki, dünyaya meydan oxuyan Rusiyanın daxilindəki federal qurumlar Kadırovların adı keçən cinayətkarlıq, eləcə də korrupsiya faktlarına dair qərar qəbul etmək iqtidarında deyillər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR