Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bəyan edib ki, Ukrayna ordusunun ölçüsünə və strukturuna dair təzyiqlər göstəriləcəksə, bu, eyni formada Rusiyaya da tətbiq olunmalıdır.
Musavat.com-un məlumatına görə Kallas bildirib ki, Avropa İttifaqı suveren dövlətlərin ordularının sayına müdaxilə etməyi doğru hesab etmir. Bununla belə, o vurğulayıb ki, yalnız Ukraynadan tələblər irəli sürülməsi ədalətli yanaşma deyil:
“Biz suveren dövlətlərin ordularının ölçüsü barədə qərarlarına qarışmağın tərəfdarı deyilik. Amma əgər Ukrayna ordusuna təzyiq göstəriləcəksə, bu təzyiq Rusiyaya da yönəldilməlidir".
Kallasın bu açıqlaması Qərbdə Ukraynanın gələcək təhlükəsizliyi ilə bağlı davam edən müzakirələr fonunda səslənib.
Musavat.com






