İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş səfirlər Avropaya səsləndilər: Gürcüstanı itirməyə yol verməyin! 

484 28.11.2025 15:26 Dünya A A

Gürcüstanın keçmiş diplomatları və səfirlər Avropa İttifaqındakı tərəfdaşlarına və dostlarına müraciət edərək Gürcüstan mövzusunun siyasi gündəmdə saxlanmasını, əhalinin böyük əksəriyyətinin iradəsinin nəzərə alınmasını, ölkənin azadlığına, ərazi bütövlüyünə və Avropa perspektivinə dəstəyin davam etdirilməsini xahiş ediblər.

Musavat.com xəbər verir ki, bu barədə 118 gürcü diplomatın birgə bəyanatında deyilir.

“Avropa İttifaqına üzvlük prosesinin dayandırılmasından bir il keçib. Bir il əvvəl, 28 noyabr 2024-cü ildə “Gürcü Arzusu” partiyası Gürcüstanın Aİ-yə inteqrasiya yolunu dayandırdı və bununla ölkənin inkişafını ləngitdi.

Gürcüstan üçün Aİ və NATO-ya üzvlük təkcə xarici siyasət prioriteti deyil – bu, suverenliyin möhkəmləndirilməsi, demokratik dövlət quruculuğu, milli kimliyin qorunması və sülh dolu gələcəyin təmin edilməsi yoludur. Gürcüstanın Avropa ailəsinə qayıdışı ərazi bütövlüyünün dinc yolla bərpasının yeganə yoludur”, - deyə bəyanatda qeyd olunur.

Müəlliflər vurğulayırlar ki, Ukrayna böhranı və beynəlxalq gərginlik “geosiyasi mühiti kəskin şəkildə dəyişib” və Gürcüstan üçün Aİ üzvlüyünə yaxınlaşmaq üçün tarixi imkan yaradıb.

“Gürcüstanda son hadisələr izolyasionizmə doğru addımdır və ənənəvi tərəfdaşlarla qarşıdurma şəklində özünü göstərir. Bu tendensiya xarici siyasəti zəiflədir və ölkənin təhlükəsizliyini riskə salır, çünki Gürcüstan faktiki olaraq Rusiya təhdidi qarşısında tək qalır.

Müasir tarix göstərir ki, Aİ və NATO üzvlüyünün alternativi yoxdur. Repressiv qanun dəyişiklikləri, ifadə azadlığına hücumlar, fərqli düşüncəyə təzyiq, dinc etirazların yatırılmasına cəhdlər və siyasi məhbusların sayının artması Gürcüstanı Avropa ailəsindən daha da uzaqlaşdırıb və ölkənin beynəlxalq nüfuzuna zərbə vurub.

Biz əminik ki, Gürcüstanın vahid, azad və sülh içində olan Avropada öz yerini tutmaq istəyi geri dönməzdir”, - deyə bəyanatda vurğulanır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR