İnsanlara hürriyət, millətlərə istiqlal!

Kilsədə insident: Paşinyana yumruq atdılar - VİDEO

1359 29.03.2026 15:02 Dünya A A

Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə İrəvanda keçirilən dini mərasim zamanı gərgin anlar yaşanıb.

Musavat.com xəbər verir ki, hadisə paytaxtdakı Müqəddəs Anna kilsəsində Tsaxkazard (Palma bazarı) liturgiyası başa çatdıqdan sonra qeydə alınıb.

Yerli KİV-lərin yaydığı məlumata görə, baş nazir tərəfdarlarıyla birlikdə kilsəni tərk edərkən bir nəfər ona yaxınlaşmağa cəhd göstərib. Mühafizə əməkdaşları dərhal müdaxilə edərək həmin şəxsin Nikol Paşinyana yaxınlaşmasının qarşısını alıblar. Bildirilir ki, gənc şəxs emosional şəkildə “Mənə elə baxma” ifadəsini səsləndirib və ardınca baş nazirə doğru zərbə endirməyə çalışıb.

İnsidentin digər detalları və həmin şəxsin kimliyi ilə bağlı rəsmi açıqlama hələlik verilməyib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR