İnsanlara hürriyət, millətlərə istiqlal!

Kiyevdə TERROR: Hərbçiyə məxsus avtomobil PARTLADILDI - Yaralılar var

647 04.01.2026 16:04 Dünya A A

Kiyevdə yolsuzluq avtomobili partlayıb, xəsarət alanlar var.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna polisi özünün “Telegram” kanalında məlumat yayıb.

Bildirilir ki, hadisə paytaxtın Obolon rayonunda baş verib.

“Paytaxtın Obolon rayonunda yolsuzluq avtomobilinin partlaması ilə bağlı hadisənin bütün halları araşdırılır. İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var”, – deyə Ukraynanın operativ xidmətlərinin açıqlamasında qeyd olunub.

Hadisə yerində Kiyev polisinin istintaqçıları və kinoloqları çalışır. Hazırda əlavə detallar açıqlanmır. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Ukrayna KİV-lərinin məlumatına görə, partlayan yolsuzluq avtomobili hərbi qulluqçuya məxsus olub. Ukrayna Prokurorluğu insidenti terror aktı kimi qiymətləndirib və hərbi qulluqçunun qəlpə yaraları aldığı bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR