İnsanlara hürriyət, millətlərə istiqlal!

Kliçko: “Kiyevdə əsas peşələr üzrə adam qalmayıb – seçki oyunları zamanı deyil”

820 08.12.2025 01:14 Dünya A A

Kiyevin meri Vitali Kliçko paytaxtda keçirilən “Kiyev Təhlükəsizlik Forumu”nda çıxış edərək şəhərdə yaranmış ciddi kadr çatışmazlığını gündəmə gətirib və siyasi dairələri məsuliyyətli davranmağa çağırıb.

Musavat.com-un məlumatına görə, Kliçko bildirib ki, hazırda Kiyevdə “avtobusların sayı sürücülərin sayından çoxdur”: “Əsas çağırışımız nədir, bilirsiniz? Sadə. Bizdə adam yoxdur. Kiyevdə avtobus çoxdur, sürücü isə az. Çünki bu ənənəvi olaraq kişi peşəsidir. İndi müxtəlif sahələrdə məsuliyyət götürən qadınları öyrədirik”.

Merin sözlərinə görə, paytaxtda sləsar, elektrik, inşaatçı və digər həyati vacib peşə sahiblərinin də çatışmazlığı ciddi problemə çevrilib: “Çox-çox sahələrdə çatışmazlıq var, amma bununla heç kim maraqlanmır”.

Kliçko daxili siyasi gərginliyə də toxunaraq bildirib ki, məni ən çox narahat edən odur ki, bəziləri daxili çağırışları ümumiyyətlə anlamır.

O, seçki mövzusunu gündəmə gətirən siyasətçiləri də sərt tənqid edib: “Bəzi siyasətçilər seçkidən danışır. Mən də soruşuram: Siz nə, Dövlət Dumasına seçkilərə hazırlaşırsınız?”

Kliçko çıxışını belə tamamlayıb: “Belə məqamda siyasi oyunlar başlayır. Bu isə qıcıqlandırır. Çünki bəzi adamlar üçün müharibə sanki hardasa uzaqda baş verir və onları şəxsi olaraq toxunmur”. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR