İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kök Rüstəm”in atası öldürüldü, kriminal savaş yenidən alovlandı - VİDEO

1358 02.01.2026 17:57 Kriminal A A

İrəvanda kriminal aləmdə növbəti səs-küylü hadisə baş verib.

Musavat.com xəbər verir ki, Ermənistanın tanınmış kriminal avtoriteti Rüstəm Stepan­yanın (“Kök Rüstəm”) atası aldığı ağır güllə yaralarından həyatını itirib.

Hadisə 31 dekabr axşamı baş verib. Məlumata görə, Stepan­yanın atasının içində olduğu avtomobilə 11 dəfə atəş açılıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Rüstəm Stepan­yan hazırda həbsdədir. O, digər kriminal avtoritet – Sergey Qriqoryanın (“Faz”) qətli ilə bağlı cinayət işi üzrə istintaq altındadır.

Baş verənlər İrəvanda kriminal qruplaşmalar arasında hesablaşmaların davam etdiyini və ilin son günlərində vəziyyətin daha da gərginləşdiyini göstərir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmaları davam etdirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR