Məşhur aktrisa Zarina Qurbanova səsi ilə heyran edib.
Musavat.com xəbər verir ki, aktrisa “Komedixana”nın konsertində canlı ifası ilə diqqət çəkib.
Onun opera ifası izləyiciləri heyran edib.
“Heydər Əliyev Sarayında “Komedixana”nın 3 gün davam edən “Bayram bazarlığı” adlı konserti bu gün sona çatdı. Hər birinizə təşəkkür edirik, əziz tamaşaçılar, var olun.
Öz növbəmdə deyim ki, mənim üçün bu konsert proqramı xüsusən fərqli oldu. 3 gün ərzində sizlərin qarşısında oynadığım səhnələrlə yanaşı, canlı ifam bir başqa məsuliyyət yüklədi. O qədər gözəl geridönüş aldım, o qədər sevgi. Çox sağ olun. 20 il işlək olmayan səsimlə bacardığımı etdim deyək. Buna görə də anama təşəkkür edirəm. 7 il boyunca əlimdən tutub vokal dərslərinə inadla apardığı üçün. Hər dəfəsində də deyirdi ki, “zamanı gələcək, lazım olacaq”. O zaman bu zaman imiş”, - deyə Zarina fikirlərini bölüşüb.
Könül
Musavat.com






