"Tv Musavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində hərbi ekspert Üzeyir Cəfərov Rusiyanın Cənubi Qafqaz və Ukraynadakı siyasəti, eləcə də Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzinin Bakıya səfərinin pərdəarxası məqamları barədə sərt açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Üzeyir Cəfərov Rusiyanın öz "yaramazlıqlarından" əl çəkmədiyini vurğulayaraq, Mixail Qaluzinin Bakı səfərinin detallarına diqqət çəkib.
O qeyd edib ki, Rusiya rəsmisi Bakıda görüşlər keçirib:
"Rusiya XİN rəhbərinin müavini Qaluzin Bakıdakı görüşlərində iqtisadi və siyasi məsələlərlə yanaşı, iyunun sonu-iyulun əvvəllərində Azərbaycanda həbs olunan 11 rus canisinin azad olunmasının vacibliyindən danışıb. Amma Rusiya həbsxanalarında çürüyən milliyyətcə azərbaycanlı olan şəxslərdən bir kəlmə belə danışılmayıb".
Ü.Cəfərov Ermənistanda separatçıların yenidən baş qaldırmasını və Avropa Şurasının qərarlarını bir-biri ilə əlaqəli, zəncirvari proseslər adlandırıb. O, həmçinin Ukrayna müharibəsi ilə bağlı son vəziyyəti şərh edərkən Volodimir Zelenskinin son açıqlamasına toxunub. Ekspert Ukraynada müəyyən ərazilərdən qoşunların çıxarılması təklifinin təhlükəli olduğunu bildirib.
Ekspert çıxışının sonunda ABŞ və Rusiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq beynəlxalq hüquqa və BMT nizamnaməsinə hörmətsizlik etdiklərini vurğulayıb.
Verilişdən həmin hissəni təqdim edirik:
Musavat.com






