İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremlin repressiyasına məruz qaldı

571 09.12.2025 17:57 Dünya A A

Putin GULAG Tarixi Muzeyinin keçmiş direktoru Roman Romanovu İctimai Palatanın tərkibindən çıxarıb.

Musavat.com xəbər verir ki, Romanov bundan əvvəl sovet repressiyaları barədə sərgini senzura etməyi rədd edib.

2025-ci ilin yanvarında Moskva meri Romanovu 2012-ci ildən bəri rəhbərlik etdiyi qurumun direktoru vəzifəsindən azad etmişdi. Məlumata əsasən, rəsmilər bu qərarı Romanovun sovet repressiyaları haqqında sərgini senzura etməkdən imtina etməsindən sonra qəbul ediblər.

Romanovla yanaşı, İctimai Palatadan “Rusiya Yazıçılar İttifaqı”nın keçmiş idarə heyəti sədri Nikolay İvanov, “Ailə Dünyası” Müəllif Psixoloji Mərkəzinin rəhbəri İrina Kirkoра və “Müasir İnkişaf İnstitutu”nun idarə heyəti sədri İqor Yurqens də çıxarılıb. “Rossiya Seqodnya” MİA-nın icraçı direktoru Kirill Vışinski isə vəfatından sonra siyahıdan kənarlaşdırılıb.

Şuranın yeni üzvləri kimi “Yeni Texnologiyaların Hazırlanması və Ticariləşdirilməsi Mərkəzinin İnkişaf Fondu”nun idarə heyəti sədrinin müşaviri Natalya Kravçenko, MPSU rektoru Aleksey Lubkov, “Rusiya Hərbçiləri Ailələrinin İttifaqı”nın şura rəhbəri Mariya Bolşakova və “Rusiyanın Vətəndaş Komitəsi” hərəkatının sədri Artur Şlıkov təyin olunublar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR