İnsanlara hürriyət, millətlərə istiqlal!

Krımda ard-arda partlayışlar: Rusiya gəmiləri və təyyarələri VURULDU FOTO

1114 21.02.2026 18:39 Dünya A A

Ukrayna Silahlı Qüvvələri Krımda və cənub istiqamətində Rusiya hərbi obyektlərinə növbəti zərbələr endirib.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, gecə saatlarında Krımın İnkerman bölgəsində Rusiya sərhəd xidmətinə məxsus 22460 layihəli “Oxotnik” tipli iki sərhəd patrul gəmisi vurulub.

Bu tip gəmilər adətən sahil mühafizəsi və dəniz sərhədlərinin qorunması üçün istifadə olunur.

Bundan əlavə, Yevpatoriyada yerləşən aviasiya təmiri zavodunun ərazisi də zərbəyə məruz qalıb. Hücum nəticəsində iki ədəd “Beriev Be-12” tipli amfibiya təyyarəsinin sıradan çıxarıldığı bildirilir. Bu təyyarələr əsasən dəniz patrulu və sualtı qayıqlara qarşı əməliyyatlar üçün nəzərdə tutulub.

Eyni zamanda, Zaporojye vilayətinin Astraxanka yaşayış məntəqəsi yaxınlığında Rusiya ordusuna məxsus “Tornado-S” yaylım atəşli reaktiv sistemi məhv edilib. “Tornado-S” uzaqmənzilli və yüksək dəqiqlikli zərbə imkanları ilə seçilən müasir reaktiv yaylım atəş sistemidir.

Hadisələrlə bağlı Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib. Ukrayna mənbələri isə zərbələrin hərbi infrastruktura ciddi ziyan vurduğunu iddia edirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR