İnsanlara hürriyət, millətlərə istiqlal!

KTMT-dən Ermənistan açıqlaması

596 09.12.2025 17:34 Dünya A A

Ermənistanın KTMT-də “dondurulmuş” statusunun nə qədər davam edəcəyi İrəvanın özündən asılıdır.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin müavini, KTMT PA-nın Müdafiə və Təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Anatoli Vıbornı danışıb.

O diqqətə çatdırıb ki, parlamentlərarası müstəvi baxımından erməni həmkarlar Assambleyanın tədbirlərində sanki iştirak etmirlər, lakin Parlament Assambleyası tərəfindən qəbul edilən sənədlərin heç birinə qarşı çıxmırlar.

“Biz bunu necə qiymətləndiririk? Düşünürəm ki, bu gün artıq bütün dünya de-yure və de-fakto görür ki, KTMT və KTMT PA dünyada qərarların yalnız yaxşı niyyət əsasında qəbul edildiyi yeganə platformadır. Hər hansı təzyiq yoxdur - nə ölkəyə, nə də parlamentarilərə. Biz həmkarlarımızın qəbul etdiyi qərarlara son dərəcə hörmətlə yanaşırıq və heç bir iddiamız yoxdur. Eyni ilə görürük ki, Ermənistan da bizim qərarlara böyük hörmətlə yanaşır”, - deyə Vıbornı bildirib.

Bu vəziyyətin nə qədər davam edəcəyi isə onun sözlərinə görə, Ermənistanın özündən asılı olacaq.

Ermənistan KTMT tədbirlərində iştirak etmir. Ölkə təşkilatın bütün orqanlarında iştirakını dondurub. Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevralında bildirib ki, ölkənin KTMT-yə qayıdışı “artıq getdikcə daha da çətinləşir, demək olar ki, mümkünsüzdür”. Onun sözlərinə görə, “geri dönüş nöqtəsi” keçilib. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin qeyd etmişdi ki, Qərb dairələri Ermənistan hakimiyyətini KTMT-dəki iştirakını dondurmağa sövq edib. Rusiya XİN rəhbəri Sergey Lavrov isə Paşinyanın KTMT-nin guya “Ermənistanı çətin vəziyyətdə tək qoyması” barədə dediklərini həqiqətə uyğun hesab etmir.

2025-ci il 27 dekabr Bişkek sammitindən sonra Vladimir Putin Ermənistanın KTMT-də iştirakı ilə bağlı mövqeyinin ölkənin öz qərarı olduğunu və təşkilat üzvlərinin buna hörmətlə yanaşdığını bildirib. Bununla belə o əlavə edib ki, Ermənistan hakimiyyəti KTMT-nin bütün qərarlarını dəstəkləyir və təşkilatın üzvü olaraq qalır, sadəcə olaraq iclaslarda iştirakdan müvəqqəti olaraq çəkilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR