Kürdəmirin Aran 1 qəsəbəsində baş verən qəzada xəsarət alanların vəziyyətləri açıqlanıb.
TƏBİB-dən bildirilib ki, 22.02.2026-cı il tarixində saat 21:00 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Qeyd olunub ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri orta ağır olaraq
***
Kürdəmirdə baş verən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər xəsarət alıb.
Musavat.com "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Aran-1 qəsəbəsində qeydə alınıb.
Belə ki, "Audi" markalı avtomobil ikisi azyaşlı olmaqla, dörd nəfəri vurub.
Yaralılar dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar. Hadisənin baş vermə səbəbləri araşdırılır.






