İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrov MDB dövlətlərinin səfirləri ilə görüşdü - FOTO

1208 27.01.2026 19:16 Dünya A A

Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Rusiyada akkreditə olunmuş səfirləri ilə görüşüb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdə , MDB-nin baş katibi Sergey Lebedev və digər Avrasiya strukturlarının icra orqanlarının rəhbərləri olub.

Görüşdə, həmçinin, Azərbaycannın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

Diplomatlar aktual beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar, ötən il Avrasiya inteqrasiya birlikləri çərçivəsində çoxtərəfli əməkdaşlığın nəticələrinə yekun vurublar. Rusiya XİN-in məlumatına görə, görüşdə eyni zamanda xarici siyasət koordinasiyasının gücləndirilməsi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə qarşılıqlı fəaliyyətin artırılması və regional təhlükəsizliyin təmin edilməsi daxil olmaqla, yaxın gələcək üçün vəzifələr müəyyən edilib.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR