İnsanlara hürriyət, millətlərə istiqlal!

Lavrovdan "Al Arabiya"ya ŞOK müsahibə: "İrana toxunmaq odla oynamaqdır!"- Nüvə sınaqları iddialarına CAVAB

662 19.02.2026 13:17 Dünya A A

Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, İran indiyə qədər bir dəfə də olsun Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) pozmaqda ittiham edilməyib.

Musavat.com xəbər verir ki, o, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) hesabatlarına istinadən bildirib ki, Tehranın uranı hərbi məqsədlər üçün istifadə etməsi barədə heç bir sübut yoxdur.

Lavrov xəbərdarlıq edib ki, İrana qarşı yeni hərbi zərbələr (xüsusilə nüvə obyektlərinə) "odla oynamaqdır". Bu, Tehranı öz nüvə materiallarını qorumaq üçün ən sərt və gözlənilməz addımlara sövq edə bilər.

"İranın nüvə silahının olmadığı təsdiqlənib. Tehran dəfələrlə NPT üzrə öhdəliklərinə sadiq olduğunu bəyan edib və biz bunu şübhə altına almaq üçün heç bir səbəb görmürük".

 Rusiya naziri Agentliyi siyasi təzyiqlərdən uzaq durmağa və obyektiv olmağa çağırıb. O, 2025-ci ilin iyunundakı "12 günlük müharibə" zamanı İranın nüvə obyektlərinin vurulmasına Agentliyin səssiz qalmasını tənqid edib.

Lavrov ümid etdiyini bildirib ki, Cenevrədə davam edən ABŞ-İran danışıqları uğurla yekunlaşacaq və region "yeni bir hərbi avantüraya" sürüklənməyəcək.

Lavrov müsahibəsində Körfəz ölkələrinin (Səudiyyə Ərəbistanı, BƏƏ) mövqeyinə də toxunub: "Heç kim yeni eskalasiya istəmir. Ərəb dövlətləri Vaşinqtona aydın siqnallar göndərirlər ki, İranla münasibətlərin normallaşması regionun maraqlarına xidmət edir".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR