İnsanlara hürriyət, millətlərə istiqlal!

Lənkəran-Astara Regional Təhsil İdarəsi Lerik məktəbi ilə bağlı yazılanlara reaksiya verdi: “Ən qısa zamanda...”

1246 08.12.2025 17:44 Təhsil A A

Musavat.com bu gün, 8 dekabrda Lerik rayonu, Cəngəmiran kənd tam orta məktəbində istiliklə təchizat probleminin olduğu barədə xəbər yaymışdı. Materialın dərcindən sonra Lənkəran-Astara Regional Təhsil İdarəsi əməkdaşımızla əlaqə saxlayaraq ümidverici açıqlama verib.

Həmin açıqlamanı diqqətinizə çatdırırıq:

“Lənkəran-Astara Regional Təhsil İdarəsi tabeliyində olan təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların tikilməsi və mövcud binaların təmir edilməsi idarənin əsas prioritetləri arasındadır.

Bu ilin sonuna kimi 100-ə yaxın təhsil müəssisəsində cari və əsaslı təmir işlərinin həyata keçirilməsi və təhvil verilməsi planlaşdırılır.

Bununla yanaşı, Astara rayonunun Sərək kənd, Lerik rayonunun Cəngəmiran kənd və Cəlilabad rayonu Göytəpə şəhəri 2 nömrəli tam orta məktəblərinin yeni binaları inşa edilərək istifadəyə verilib.

Həmçinin Lənkəran rayon Viyən kənd və Astara rayon Şümrüd kənd məktəblərinin də yaxın günlərdə istismara verilməsi nəzərdə tutulur. Bildiririk ki, təhsil müəssisələrində təlim-tədris prosesinin fasiləsizliyinin təmin edilməsi, eləcə də uşaqların sağlam və təhlükəsiz mühitdə təhsil alması prioritet istiqamətlərdəndir. Bu baxımdan, payız-qış mövsümündə təhsil müəssisələrinin istiliklə təchizatının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir.

İstilik təminatının plana və qanunvericiliyə uyğun müddətdə həyata keçirilməsi, uşaqların istiliklə təchiz edilmiş təhsil müəssisələrində təlim-tədrisə cəlb olunmaları və tədrisin fasiləsizliyinin təmin edilməsi məqsədi ilə aidiyyəti qurumlarla birgə hazırlıq işləri həyata keçirilib.

Qeyd edirik ki, Lerik rayonu R.Nurullayev adına Cəngəmiran kənd tam orta ümumtəhsil məktəbinin istilik təchizatı ilə bağlı yaranmış vəziyyətdən xəbərdarıq. Hazırda aidiyyəti dövlət qurumu ilə aparılan sənədləşmə işləri yekunlaşmaq üzrədir, məsələnin ən qısa zamanda həll edilməsi üçün zəruri tədbirlər görülür”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR