İnsanlara hürriyət, millətlərə istiqlal!

“Liv Bona Dea” xəstəxanasından Nigar Köçərli ilə bağlı AÇIQLAMA: “İddiaların tərəfimizə hüquq müstəvisində...”

1564 19.01.2026 14:52 Səhiyyə A A

“Son günlərdə sosial şəbəkələrdə xəstəxanamız haqqında paylaşılan iddialara cavab olaraq bildirmək istəyirik ki, məsələ ilk gündən tərəfimizdən diqqətlə araşdırılmağa başlayıb. Bildiririk ki, qeyd olunan məsələ ilə bağlı xəstə yaxınlarıyla hospitalımızın baş həkimi şəxsən əlaqə saxlanılıb, baş vermiş hallar ətraflı şəkildə müzakirə edilib”.

Bunu Musavat.com-un sorğusuna cavab olaraq “Liv Bona Dea” xəstəxanasından bildirilib.

Qeyd edilib ki, xəstə əməliyyatdan sonra oyanma otağında tibbi protokollara tam uyğun olaraq nəzarətə götürülüb və ilkin mərhələdə müvafiq ağrıkəsici dərmanlar və anestezioloji preparatlar tətbiq edilib:

“Anesteziya təsiri altında olan xəstəmizin fiziki müayinə və ağrı kontrolu sonrası əsas müalicə həkimi ilə müzakirə edilərək klinik vəziyyətinə uyğun şəkildə epidural kateter tətbiq olunub. Tətbiq olunmuş tibbi müdaxilələr və əməliyyatın uğurla tamamlanması ilə bağlı müalicə həkimi xəstəmizin həyat yoldaşına da məlumat verib.

Xəstə anatomiyası və icra olunan əməliyyatın növü ağrı kontrolu prosesinin müddətinə
təsir edir. Bu xəstəmizdə də ümumi əməliyyatxanadan yatış otağına göndərilməsi prosesi gözləniləndən daha çox zaman alır. Xəstə əməliyyatdan çıxdığı gün Anesteziologiya şöbəsinin rəhbəri tərəfindən yatış otağında müayinə olunub və ağrısının azladığı təsbit edilib. Anestezioloqun ikinci günkü müayinəsində xəstənin komfortu üçün epidural kateterin xəstəmizin çıxış edəcəyi ana qədər saxlanılması qərarı alınıb.

Eyni zamanda xəstəmiz yatış otağında olarkən də məmnuniyyət şöbəmiz və baş tibb bacısı tərəfindən ziyarət edilib, şikayətləri dinlənilib və araşdırmalara başlanılıb.

Xəstəmiz xəstəxanadan sağalaraq evə çıxış etdikdən sonra araşdırmalarımızın nəticəsi baş həkimimiz tərəfindən həyat yoldaşına telefon zəngi vasitəsi ilə də məlumat verilib.

Aidiyyəti şikayətlər və sosial media paylaşımları bizim üçün nə qədər üzücü olsa da, xəstəmizin sağalaraq evinə yola salınması ən böyük xoşbəxtliyimizdir.

Əvvəldə qeyd etdiyimiz xaricində imicimizə zərər vurmağa yönəlmiş qeyri- etik yanaşmaların heç birini qəbul etməməklə bərabər, iddiaların tərəfimizə hüquq müstəvisində rəsmi şəkildə yönləndiriləcəyi halda müvafiq orqanlara tibbi qeydləri və bütün xəstələrimizin məhrəmiyyətini qoruyan kamera qeydlərimizi də paylaşmağa hazırıq”.

Qeyd edək ki, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” xəstəxanasında keçirdiyi əməliyyat zamanı qeyri-insani rəftarla üzləşdiyini iddia edib.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR