İnsanlara hürriyət, millətlərə istiqlal!

Luvrda kralın qalmaqallı qardaşının fotosunu asdılar

376 24.02.2026 02:26 Dünya A A

Fransalı aktivistlər Luvr muzeyində Böyük Britaniya kralı III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzorun fotosunu asıblar.

Musavat.com Axşam.az-a istinadən xəbər verir ki, foto, Endryu polis idarəsindən çıxarkən "Range Rover" markalı avtomobilin arxa oturacağında uzandığı zaman çəkilib.

Şəkilin altında “O tər içindədir” yazılıb. 15 dəqiqə sonra isə Luvr işçiləri fotonu götürüblər.

Qeyd edək ki, kralın qardaşı Ceffri Epşteyn işinə görə saxlanılmışdı. O, daha əvvəl ABŞ maliyyəçisi Ceffri Epşteynlə əlaqələri ilə bağlı qalmaqal fonunda rəsmi olaraq şahzadə titulundan məhrum edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR