İnsanlara hürriyət, millətlərə istiqlal!

Madurodan sonra nə olacaq? - Trampın komandası yeni PLAN HAZIRLAYIR

700 04.01.2026 15:37 Dünya A A

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə komandası, Marko Rubio, Stiven Miller və Pit Heqset də daxil olmaqla Madurodan sonrakı dövr üçün Venesuelada hakimiyyət orqanlarının formalaşdırılması mexanizmi üzərində işləyir.

Musavat.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yüksək vəzifəli amerikalı məmura istinadən məlumat yayıb.

Bununla yanaşı, nəşr qeyd edir ki, Donald Tramp hələlik Venesuelada keçid hökuməti ilə bağlı öz baxışını təqdim etməyib.

Eyni zamanda, ABŞ-ın ölkənin iqtisadi bərpasını maliyyələşdirəcəyi və Pentaqonun Venesuela ərazisində Amerika qoşunlarının yerləşdirilməsini planlaşdırıb-planlaşdırmadığı da hələ məlum deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR