Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanılaraq Nyu-Yorka aparılmasından sonra proses yeni və daha qalmaqallı mərhələyə daxil olub.
Musavat.com xəbər verir ki, ABŞ hüquq-mühafizə orqanları Maduraya qarşı irəli sürülmüş rəsmi ittihamları sabah — 5 yanvar tarixində Nyu-York məhkəməsində açıq şəkildə elan edəcək.
Bu barədə The Washington Post məlumat yayıb. Nəşrin yazdığına görə, ittihamların federal məhkəmədə səsləndirilməsi ABŞ tarixində presedentsiz hadisə kimi qiymətləndirilir. Suveren dövlət başçısının ABŞ ərazisində məhkəmə qarşısına çıxarılması beynəlxalq hüquq baxımından ciddi mübahisələr doğurur.
Qəzetin məlumatına əsasən, məhkəmə prosesi Nyu-Yorkun Cənub Dairəsi üzrə Federal Məhkəməsində keçiriləcək. ABŞ tərəfi Maduronu uzun müddətdir müxtəlif ağır cinayətlərdə ittiham edir və prosesin siyasi deyil, hüquqi xarakter daşıdığını bildirir. Venesuela hakimiyyəti isə baş verənləri “dövlət başçısına qarşı zorakı addım və aqressiya aktı” kimi qiymətləndirir.
Hadisə beynəlxalq aləmdə ciddi rezonans doğurub. Bir sıra ölkələr və beynəlxalq hüquq üzrə ekspertlər ABŞ-ın bu addımını suverenlik prinsipinin pozulması kimi dəyərləndirir və prosesin qlobal siyasi nəticələrinin ağır ola biləcəyi barədə xəbərdarlıq edirlər.
***
Venesuela prezidenti Nikolas Maduroya qarşı irəli sürülən ittihamların yanvarın 5-də Nyu-York məhkəməsində rəsmi şəkildə elan ediləcəyi bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə The Washington Post məlumat yayıb.
Məlumata görə, ABŞ hüquq-mühafizə orqanları Maduroya qarşı müxtəlif cinayət maddələri üzrə irəli sürülmüş ittihamları məhkəmə prosesində rəsmən oxumağı planlaşdırır. Söhbət narkotik dövriyyəsi, transmilli cinayətkarlıq və digər ağır ittihamlardan gedir.
Nəşr yazır ki, prosesin Nyu-Yorkda keçirilməsi təsadüfi deyil və iş ABŞ-ın federal məhkəmə sistemində baxılan beynəlxalq xarakterli cinayət dosyelərinə daxildir.
Musavat.com






