İnsanlara hürriyət, millətlərə istiqlal!

Mağazada hər kəsin gözü önündə soyğunçuluq edən şəxsi polis SAXLADI

475 25.12.2025 16:55 Ölkə A A

Dekabrın 24-də Sabunçu rayonu ərazisində naməlum şəxs müştəri kimi marketlərin birinə daxil olaraq orada satıcıya qarşı soyğunçuluq edib.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 57 yaşlı H.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, metrostansiyaların birində yerləşən geyim mağazasından bir nəfərə məxsus 124 manatı oğurlamaqda şübhəli bilinən S.Cəfərli də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR