“Avropa ölkələri Rusiyanın enerji resurslarından asılılığı ABŞ-dən asılılıqla əvəz ediblər”.
Musavat.com xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron “Le Monde” qəzetinə verdiyi açıqlamada danışıb.
“Enerji sektorunu götürək: biz Rusiyadan asılılığı ABŞ-dən asılılıqla əvəz etdik. ABŞ hazırda bizim mayeləşdirilmiş təbii qazımızın 60 faizini təmin edir”, - deyə o bildirib.
Makron xatırladıb ki, o, həmişə “daha suveren Avropa” ideyasını dəstəkləyib.
Onun sözlərinə görə, Avropa müdafiə sahəsində ümumi maliyyələşdirmə yaradaraq müəyyən irəliləyişə nail olub:
“Lakin biz nə lazımi sürətlə, nə də lazımi miqyasda irəliləyirik”.
Musavat.com






