Fransa prezidenti Emmanuel Makronun Ermənistan-Türkiyə sərhədindən keçərək Türkiyəyə səfər etməsi ilə bağlı yayılan iddialara Ankara münasibət bildirib.
Musavat.com xəbər verir ki, Türkiyə prezident administrasiyasında belə bir plan barədə məlumatlarının olmadığı açıqlanıb.
Qeyd olunur ki, bundan əvvəl “AZfront” Telegram kanalı 3–5 may tarixlərində İrəvana səfəri zamanı Makronun qapalı Ermənistan-Türkiyə sərhədindən keçərək Türkiyəyə getmək və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşmək variantını nəzərdən keçirdiyini iddia etmişdi.
Kanalın məlumatına görə, Türkiyə tərəfinin bir hissəsi ilkin mərhələdə bu ideyanı dəstəkləsə də, Azərbaycanla aparılan məsləhətləşmələrdən sonra bu ssenaridən imtina olunub.
Musavat.com






