İnsanlara hürriyət, millətlərə istiqlal!

Malikanə əməkdaşları kralın qardaşına xidmətdən imtina etdilər

586 05.02.2026 11:57 Dünya A A

Sandringham Kral Mülkünün əməkdaşları Kral III Çarlzın qardaşı Endryu Mauntbatten-Vindzor üçün işləməkdən imtina ediblər.

Musavat.com "The Sun"a istinadən xəbər verir ki, buna səbəb onun məhkum olunmuş pedofil  maliyyəçi Ceffri Epşteynlə dostluğunun olmasıdır olub.

Epşteynlə əlaqələri səbəbindən Şahzadə və York Hersoqu titullarından məhrum edilən Mountbatten-Vindzor, fevralın 3-də İngiltərənin şərqindəki mülkə köçüb. O, əvvəllər London yaxınlığındakı Vindzor qəsrinin ərazisindəki Kral Lojasında yaşayırdı. Qəzetin məlumatına görə, Sandringhamdakı işçilərə kralın qardaşının yanında özlərini narahat hiss etdikləri təqdirdə onun işindən imtina etmək seçimi verilib. Qəzetin mənbəyi bildirib ki, bu seçimi edənlərin "uzun siyahısı" artıq tərtib edilib:

"İllərdir onunla işləyən insanlar gedib. Ən yaxşı halda, minimal işçi heyəti qalacaq. O, həyatında ilk dəfə özü üçün giriş qapısını açmalı ola bilər".

65 yaşlı Mountbatten-Vindsor hazırda Wood Farm Cottage-də yaşayır, lakin aprel ayında Sandringham mülkündə yerləşən Marsh Farm-a köçməsi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR