Azərbaycanda yaxın vaxtlarda Əmək Məcəlləsinə edilən dəyişikliklər cəmiyyətdə ciddi müzakirələr doğurub. Bu dəyişikliklər işçilərin hüquqlarına necə təsir edir? İşəgötürənlər üçün hansı yeni öhdəliklər yaranır? Və ən əsası – bu islahatlar əmək bazarındakı real problemləri həll edirmi?
Bu və digər suallara beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov "TV Musavat"ın efirində aydınlıq gətirib.
İqtisadçı 2026-cı ildə mümkün devalvasiya riski və inflyasiyanın gələcək dinamikası ilə bağlı da proqnozlarını bölüşüb.
Musavat.com həmin videomaterialı təqdim edir.
Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com






