İnsanlara hürriyət, millətlərə istiqlal!

MAQATE Qazaxıstanla bağlı qərar verdi

456 22.11.2025 09:24 Dünya A A

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) Qazaxıstanı özünün Uzaq Şərq Regional Qrupuna qəbul edib.

Musavat.com xəbər verir ki, məlumatı Qazaxıstan Xarici İşlər Nazirliyi açıqlayıb. Nazirliyə görə, ölkə artıq agentliyin idarəetmə orqanlarının işində iştirak edə biləcək: "Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi bu gün Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İdarə Heyətinin iclasında Qazaxıstanın agentliyin Uzaq Şərq Regional Qrupuna qəbul edilməsi ilə bağlı elan edilən qərarı alqışlayır. Qazaxıstanın regional qrupa qoşulması BAEA daxilində dövlətlərin suveren bərabərliyinin bərpasında mühüm addımdır".

Nazirlik BAEA Uzaq Şərq Qrupuna üzv ölkələrə Qazaxıstana göstərdikləri dəstəyə görə təşəkkür edib və üzvlərin agentlik daxilində suveren bərabərliyin bərpası səylərini yüksək qiymətləndirib: "Bu qərar Qazaxıstanın MAQATE-nin idarəetmə orqanlarının işində tam iştirak etməsi üçün qapı açır. Kütləvi qırğın silahları təhlükəsindən azad bir dünya qurmaq üçün beynəlxalq səylərin fəal iştirakçısı olaraq, ölkəmiz nüvə enerjisinin dinc məqsədlərlə istifadəsinin inkişafına, nüvə texnologiyasından məsuliyyətli istifadəyə və beynəlxalq etimad və şəffaflıq mexanizmlərinin gücləndirilməsinə konstruktiv töhfə verməyə davam etməyə hazırdır".

Qeyd edək ki, sentyabr ayında Qazaxıstan MAQATE-nin İdarə Heyətinə namizədliyini təqdim edib. Qazaxıstan Atom Enerjisi Agentliyinin məlumatına görə, ölkə uzun müddətdir MAQATE-nin Uzaq Şərq Regional Qrupunda iştirak etməyə çalışırdı, lakin "bu ardıcıl səylər konkret nəticələr verməyib".

2023-cü ildə Qazaxıstan Xarici İşlər Nazirliyi Astananın MAQATE-nin 67-ci Baş Konfransında MAQATE üzv dövlətləri arasında bərabərliyin bərpası ilə bağlı qətnamənin qəbul edilməsini təmin etdiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR