Amerikalı milyarder və “X” platformasının sahibi İlon Mask Avropa İttifaqına yönələn sərt ifadələri ilə yenidən beynəlxalq gündəmin mərkəzinə düşüb. Qalmaqal Aİ-nin “Dördüncü reyx” adlandırılması ətrafında yaranıb və Maskın reaksiyası bu mübahisəyə əlavə od qatıb.
Musavat.com-un məlumatına görə, Mask müzakirələrə cavab olaraq paylaşımında sadəcə “Ümumilikdə, bəli” yazaraq Avropa İttifaqının faşist strukturlara bənzədilməsinə dəstək verib. Bu ifadə onun Aİ-yə qarşı sərt tənqidi mövqeyini bir daha ortaya qoyub.
Milyarder daha əvvəl də Aİ institutlarını “köhnə və yararsız mexanizmlər” adlandırmış, ittifaqın ləğvini və suverenliyin üzv dövlətlərə qaytarılmasını tələb etmişdi. Onun ritorikasında Qərbin “hippilərin davamçıları” kimi təqdim edilməsi də siyasi mühitdə ciddi narazılıq yaradıb.
Musavat.com






