Almaniyanın kansleri Fridrix Merz dekabrın 5-də Brüsselə gedəcək.
Musavat.com xəbər verir ki, məlumatı "Politico" qəzeti Almaniya hökumətinin sözçüsünə istinadən yayıb. Sözçü bildirib ki, kansler Belçikanı "təzminat krediti" çərçivəsində dondurulmuş Rusiya aktivlərindən Ukraynaya 165 milyard avro ayrılmasını dəstəkləməyə çağıracaq.
Merz Osloya planlaşdırılan səfərini ləğv edib. Nəşrin mənbəyinə görə, Almaniya kansleri bunun əvəzinə Belçikanın Baş naziri Bart de Vever və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenlə Avropa Birliyinin Ukraynaya maliyyə yardımı planı ilə bağlı şəxsi müzakirələr aparmaq niyyətindədir.
Nəşr qeyd edib ki, Aİ planında Ukraynaya əhəmiyyətli bir hissəsi Belçikada saxlanılan dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən formalaşan "təzminat krediti" çərçivəsində 165 milyard avro ayrılması nəzərdə tutulur. Avropa Komissiyası hesablayır ki, Ukraynanın maliyyə ehtiyatları 2026-cı ilin yazında tükənə bilər.
Musavat.com






