İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşhur Hollivud aktyoru vəfat edib

769 22.12.2025 03:59 Şou-biznes A A

Amerika kino sənayesində tanınmış simalardan biri olan aktyor James Ransone 46 yaşında vəfat edib.

Musavat.com xəbər verir ki, ABŞ mətbuatının yaydığı məlumata görə, aktyorun ölümü ilə bağlı məlumatlar 21 dekabr tarixində ictimailəşdirilib. Bildirilir ki, rəsmi qurumlar hadisə ilə bağlı araşdırma aparıb və ölüm faktı təsdiqlənib.

James Ransone əsasən dramatik və psixoloji rolları ilə tanınırdı. Onun vəfatı Hollivud ictimaiyyətində və pərəstişkarları arasında geniş rezonans doğurub.

Qeyd edək ki, Ransone 2 iyun 1979-cu ildə ABŞ-ın Merilend ştatında anadan olub. Aktyorluq karyerasına 1990-cı illərin sonlarında başlayıb. O, geniş tamaşaçı auditoriyası tərəfindən xüsusilə HBO-nun məşhur “The Wire” serialının ikinci mövsümündə canlandırdığı Ziqgi Sobotka obrazı ilə yadda qalıb.

Aktyor eyni zamanda bir sıra məşhur filmlərdə də rol alıb. Onun filmografiyasına “Sinister”, “It: Chapter Two”, “The Black Phone”, eləcə də müxtəlif müstəqil kino layihələri daxildir. James Ransone sərt xarakterli və mürəkkəb psixoloji obrazları uğurla canlandırması ilə seçilirdi. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR