İnsanlara hürriyət, millətlərə istiqlal!

Məxfi arxivdə “təmizlik”: 20 sənəd birdən silindi

612 22.02.2026 23:08 Dünya A A

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi son on ildə hazırlanmış 20-yə yaxın analitik hesabatı geri çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb. Qəzetin yazdığına görə, daxili yoxlama nəticəsində həmin sənədlərin bir hissəsinin qərəzli olduğu və ya agentliyin resurslarından məqsədyönlü istifadə edilmədiyi qənaətinə gəlinib.

Məlumata əsasən, geri çağırılan hesabatlarda müxtəlif sosial və ideoloji mövzular yer alıb. Onların arasında ağ millətçilik və ailə planlaşdırılması kimi həssas istiqamətlər də olub. Yoxlama prosesindən sonra bu materialların analitik obyektivlik meyarlarına cavab vermədiyi bildirilib.

Qərara əsasən, sözügedən hesabatlar agentliyin daxili məlumat bazalarından silinəcək və artıq ABŞ siyasətçiləri üçün əlçatan olmayacaq. Bu addım kəşfiyyat strukturlarında analitik keyfiyyət və siyasi neytrallıq məsələlərinin yenidən gündəmə gəldiyini göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR