Özbəkistanda evliliklə bağlı maraqlı statistika açıqlanıb.
Musavat.com xəbər verir ki, cari il ərzində gəlinin bəyindən yaşca böyük olduğu 5 mindən artıq nikah rəsmi şəkildə qeydə alınıb.
Məlumatlara əsasən, bu cür evliliklər əsasən paytaxt Daşkənddə cəmləşib. Qeyd olunur ki, bəzi hallarda yeni evlənənlər arasındakı yaş fərqi kifayət qədər böyükdür və bu fakt cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Özbəkistan ailə məsələləri üzrə qurumlarının açıqlamasında bildirilib ki, sözügedən nikahlar təsadüfi xarakter daşımır. Rəsmilərin sözlərinə görə, bu evliliklər cütlüklərin qarşılıqlı razılığı və şüurlu seçimi əsasında baş tutur.
Musavat.com






