İnsanlara hürriyət, millətlərə istiqlal!

Miqrasiya bəyanatını uğursuz adlandırdı

514 09.12.2025 17:44 Dünya A A

Miqrasiya probleminin Almaniya şəhərlərinin görünüşünə təsir göstərdiyi barədə dediyim sözlər yəqin ki, o qədər də uğurlu olmayıb.

Musavat.com xəbər verir ki, bu sözlər Almaniya kansleri Fridrix Mers tərəfindən səslənib.

“Bəlkə də mən demək istədiyim məqamı əvvəlcədən daha dəqiq ifadə etməli idim. Bu gün bunu başqa cür edərdim”, - deyə Mers ARD telekanalının siyasi “Arena” proqramında müvafiq sualı cavablandırarkən bildirib.

O qeyd edib ki, ölkədə “tamamilə baxımsız qalmış şəhərlər” var.

“Bu, müəyyən mənada söylədiyimlə bağlıdır. Biz bunu dəyişdirməliyik”, - deyə kansler izah edib.

“Həmişə vurğulayıram ki, bu, eyni cavabın iki hissəsidir. Bizə miqrasiya lazımdır, bizə immiqrasiya lazımdır, tibbi xidmət sahəsi, səhiyyə sistemi və bir çox digər sahələr üçün buna ehtiyac var”, - deyə Almaniya hökumət başçısı qeyd edib. 

“Əgər siz bunu tənqid edirsinizsə, haqlısınız - bəlkə də mən bunu yetərincə izah etməmişəm. Amma düşünürəm ki, bir qədər diqqətlə qulaq asan hər kəs nə demək istədiyimi başa düşüb. Bunun xarici görünüşlə heç bir əlaqəsi yoxdur”, - deyə Almaniya kansleri yekunlaşdırıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR