İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan TARİXİ AÇIQLADI: "Azərbaycanla birgə..."

2367 03.10.2025 12:15 Region A A

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycanla birgə dəmir yolu xəttinin tikintisi ən azı iki il müddətində həyata keçirilə bilər.

Musavat.com xəbər verir ki, Polşanın "TVP World" telekanalına müsahibəsində Mirzoyan vurğulayıb ki, İrəvan nəqliyyat əlaqələrinin tezliklə açılmasında və iki ölkə arasında münasibətlərin bərpasında maraqlıdır.

“Biz həmçinin Azərbaycan Respublikasının infrastrukturundan və ərazisindən istifadə etməklə yük göndərə və qəbul edə bilərik”, – deyə nazir qeyd edib.

Mirzoyan əlavə edib ki, layihənin həyata keçirilməsi regional logistika və iqtisadi əməkdaşlığın inkişafı üçün mühüm addım olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR