Musavat.com xəbər verir ki, Moskva meri Sergey Sobyanin “TV Çentr” telekanalında canlı yayım zamanı şəhərdə elektrik samokatlar və digər şəxsi elektrik vasitələrinin (SİM) qadağan edilməsinin gündəmdə olmadığını bildirib.
Sobyanin vurğulayıb ki, şəhər mühitində müxtəlif nəqliyyat iştirakçıları arasında narazılıqlar həmişə olub: “Avtomobil sürücülərinə piyada xoş deyil, piyadalar avtomobilistləri sevmir, hər ikisi isə velosipedçilərdən və SİM istifadəçilərindən narazıdır”.
Onun sözlərinə görə, Moskva sakinlərinin artıq 80%-i kuryer xidmətlərindən istifadə edir və bu səbəbdən sərt qadağalar tətbiq etmək əvəzinə, şəhərdə hərəkət qaydalarını mərhələli şəkildə tənzimləmək daha düzgün addım olacaq: “Qadağalarla yox, qayda-qanun yaradaraq problemi həll etməliyik”.
Musavat.com






