İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan reaksiya: Bakı–İrəvan dialoqunda müsbət dönüş başlayıb

543 25.12.2025 18:30 Dünya A A

Rusiya Bakı ilə İrəvan arasında aparılan danışıqlarda müsbət dinamika müşahidə edir.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı açıqlama verib.

Onun sözlərinə görə, region daxilində əlaqələrin bərpası və tədricən normallaşdırılması prosesi də diqqət çəkir. Zaxarova bildirib ki, Moskva nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması istiqamətində başlanan prosesi alqışlayır.

Rusiya tərəfi, xüsusilə, Rusiyadan Ermənistana Azərbaycanın ərazisindən tranzitlə həyata keçirilən taxıl tədarükünün davam etməsini müsbət nümunə kimi qiymətləndirib. Bu faktın regional əməkdaşlıq mexanizmlərinin aktuallığını təsdiqlədiyini vurğulayan Zaxarova, “3+3” regional əməkdaşlıq formatının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Eyni zamanda Moskvanın bu platforma çərçivəsində keçiriləcək iclaslarda Gürcüstanlı tərəfdaşları da görmək istədiyi bildirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR